Saytımızı qiymətləndirin


 
 

Rəisi Nyu-Yorka getdi
Tarix: 18-09-2022 | Saat: 14:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

Qarabaginfo.az xəbər verir ki,  İranın Prezident Administrasiyasına istinadla xəbər verir ki, İ.Rəisi Assambleyada çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Ötən həftə parlamentdə çıxış edən Prezident İbrahim Rəisi deputatların suallarına cavab verərək bildirib ki, BMT-nin sessiyası çərçivəsində ABŞ Prezidenti ilə görüşmək imkanı olarsa, bundan imtina edəcək.

O qeyd edib ki, Prezident Cozef Bayden ilə görüşməyin heç bir mənası yoxdur. Çünki C.Bayden də keçmiş Prezident Donald Tramp kimi sözünün üstündə durmur.

Xatırladaq ki, Vyanada İranla Qərb dövlətləri arasında 18 aydır ki, İranın nüvə proqramının məhdudlaşdırılması ilə əlaqədar aparılan danışıqlar yenə dalana dirənib.

İran Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssislərinin ölkədəki bir sıra nüvə obyektlərində monitorinq aparmalarına imkan vermir ki, bu da danışıqların dayanmasına səbəb olub.

Qərb isə bu obyektlərin mütləq yoxlanılmasına və İranın nüvə silahı hazırlamamasına əmin olmaq istəyir.



Xəbəri paylaş

1179 dəfə oxunub.

Digər xəbərlər