Saytımızı qiymətləndirin


 
 

İrəvan niyə görüş üçün “yeni format” təklif etdi?
Tarix: 30-11-2022 | Saat: 11:34
Bölmə:Karusel | çapa göndər

 

Hazırda ATƏT-in Minsk qrupu fəaliyyət göstərmir, lakin həmsədr ölkələr və ya əsas oyunçular, o cümlədən Avropa Birliyi tərəflərin öz gündəliyi və təklifləri ilə razılaşması üçün səylər göstərir.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Stanislav Tarasov paylaşılıb.

Onun sözlərinə görə, Qərb bir tərəfdən, Rusiya bir tərəfdən həll paketləri təklif edir. Bu paketlər çox kiçik detallarla fərqlənsə də, Qərb danışıqların Brüsseldə, Rusiya isə Moskvada aparılmasını istəyir.

“Tərəflərin özləri yelkən kimi irəli-geri yellənir, mürəkkəb diplomatik proseslər gedir: onlardan biri Makronun iştirakı səbəbindən Brüsseldəki görüşün ləğvi idi. Mənim Ermənistan hakimiyyətinə sualım var: Niyə İrəvan Vaşinqtonda nazirlər görüşündə yeni təkliflərlə çıxış etdi və Brüsseldə keçiriləcək görüş üçün niyə başqa format təklif edildi?

Blinken bəyan edib ki, Vaşinqton prosesdən razı deyil və ABŞ-ın Azərbaycandakı nümayəndəsi tərəflərə eyni mesajı verib, yəni proses dalana dirənib. Bunlar gizli və mürəkkəb proseslərdir.

Moskva indi danışıqların önündədir, tərəflərin bir şey haqqında asanlıqla razılaşacaqları barədə heç bir illüziya olmadığı kimi tələskənlik də yoxdur. Ancaq Rusiya Federasiyasının prezidenti, gördüyünüz kimi, Azərbaycan tərəfi ilə bəzi məsələlər üzrə danışıqlarla şəxsən məşğul olur. Bu diplomatik rəqabət və destabilizasiya elementləri ilə qarşıdurma Cənubi Qafqazda davam edir”, - deyə o bildirib.

 



Xəbəri paylaş

133 dəfə oxunub.

Digər xəbərlər