Saytımızı qiymətləndirin


 
 

Elçin Sadıqovun məhkəməsi təxirə salındı
Tarix: 16-09-2022 | Saat: 16:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək həbs edilən vəkil Elçin Sadıqovun Binəqədi rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

 

Qarabaginfo.az-ın məlumatına görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxış edib.

 

Daha sonra Elçin Sadıqov çıxış edib.

 

Məhkəmə sentyabrın 17-nə təxirə salınıb.

 

Xatırladaq ki, vəkil Elçin Sadıqov "Xural" İnternet kanalının rəhbəri Əvəz Zeynallı ilə birlikdə "Baku Still Company" şirkətinin sabiq rəhbəri, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda təqsirləndirilir.

 

E. Sadıqova qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü( külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb və onun barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib.



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər