Tarix: 12-09-2022 | Saat: 12:42
Bölmə:Karusel / Dünya | çapa göndər
İki gündür sosial şəbəkələrdə və bəzi KİV-lərdə İranın ali dini lideri Seyid Əli Xameneinin ağır xəstə olması, buna görə ali şuranın toplantısının təxirə salınması, hətta onun vəfat etməsi barədə xəbərlər yayılır.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İran hakimiyyətinin nümayəndələri yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Ali dini liderin öz işinin başında olduğu vurğulanır.
“Mehr” Agentliyinin xəbərinə görə, Ayətullah Seyid Əli Xamenei dünən - bazar günü bir qrup iranlı idmançını qəbul edib.
Qeyd olunur ki, Tehranda keçirilən görüşdə Ayətullah Xamenei ölkənin idman və gənclər naziri Həmid Səcadi və bir qrup idman menecerini, bəzi dünya və olimpiya çempionlarını və idman veteranlarını, o cümlədən müqəddəs ziyarətgahı müdafiə edən şəhid ailələrini qəbul edib.
Digər xəbərlər