Saytımızı qiymətləndirin


 
 

Ata və iki övladı təhsil krediti götürüb - RƏSMİ
Tarix: 12-09-2022 | Saat: 11:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

2021-2022-ci tədris ilində 4 ailənin 3 üzvü təhsil tələbə krediti alıb.

 

Qarabaginfo.az-ın məlumatına görə, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev qdeyib.

 

Direktor qeyd edib ki, bir ailə payız, 3 ailə isə yaz semestrində kredit alıb:

 

"Bir ailədən ata və iki övladı kredit götürməyə müvəffəq olub. Həmçinin 270 ailənin iki üzvü təhsil tələbə krediti alıb. Onlardan 96-sı payız, 174-ü isə yaz semestrində kredit alıb. Ümumilikdə 274 ailənin Ümumilikdə iki və daha çox üzvü kredit alan ailələrin sayı 274-dür. 138 ailə (277 nəfər) sosial, 136-sı (275 nəfər) isə standart təhsil tələbə krediti götürüb".

 

Qeyd edək ki, 2021-2022-ci təhsil ili üzrə təhsil tələbə kreditləri ilə bağlı 10 597 müraciət olub. Onlardan 6815-nə kredit verilib. 1147 müraciətə isə imtina verilib. Rəsmiləşdirilmiş təhsil tələbə krediti üzrə vəsaitin həcmi 5 991 947,67 manat olub.



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər