Saytımızı qiymətləndirin


 
 

Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Tarix: 23-01-2024 | Saat: 15:30
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0 dərəcədən 2 dərəcəyədək şaxta olacağı gözlənilir.

 

Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görünüş məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında yanvarın 24-ü axşamadək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi aran) yağıntıların intensiv olacağı ehtimalı var.

 

Havanın temperaturu aran rayonlarında gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaq.

 

Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yollarda görünüşün məhdudlaşacağı, 24-25-də gecə və səhər bəzi yolların buz bağlayacağı ehtimalı var.



Xəbəri paylaş

1114 dəfə oxunub.

Digər xəbərlər