Tarix: 10-09-2022 | Saat: 15:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbər verdiyimiz kimi, Bərdə rayonunun Piyadalar kənd sakinləri arasında qarayara xəstəliyi aşkarlanıb. Dövlət qurumlarının keçirdiyi monitorinq zamanı kənddə yaşayan 6 nəfərin əl və qol nahiyələrində qarayara xəstəliyinə xas yaraların olduğu müşahidə edilib. Həmin şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.
Xəstələrdən götürülən laborator müayinə üçün nümunələr Səhiyyə Nazirliyinin Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Nümunələrdən 3-nün nəticəsi müsbət olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bərdədə qarayara xəstəliyinə yoluxan 3 nəfərin durumunda heç bir dəyişiklik yoxdur.
Məlumata görə, xəstələrin gələn həftə ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.
"Kənddə vəziyyət stabildir. Ümumi vəziyyət nəzarətdədir", - rəsmi məlumatda qeyd olunub.
Digər xəbərlər