Saytımızı qiymətləndirin


 
 

Putin özünü briqada generalı elan etdi
Tarix: 17-05-2022 | Saat: 10:24
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya müharibə elan etdiyi gündən onun hər addımı dünyanın gündəmində olur. Qərb mənbələri Rusiya liderinin davranışını və danışığını təhlil edərək onun növbəti addımlarını proqnozlaşdırmağa çalışır. Qərb mediasının son iddiasına görə, Putin artıq müharibədə özünə hərbi rütbələr verib.

 

Qarabaginfo.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibəni izləyən ekspertlər Putinin Ukrayna müharibəsini həddən artıq fərdiləşdirdiyini bildirir.

 

Qərb hərbi mənbələrinə görə, Vladimir Putin özünə Ukrayna müharibəsində polkovnik və ya briqada generalı rütbəsi verib.

 

Mənbələr bildirir ki, Ukraynadakı uğursuzluqdan sonra Putin ötən həftədən başlayaraq hərbi taktikalara özü nəzarət edir. Rusiya ordusu üç aydan artıqdır ki, hücuma keçdikləri Donbasda indiyədək irəliləyişə nail ola bilməyib və bu hücumlar yalnız bir neçə dəfə kiçik Ukrayna qüvvələrini mühasirəyə almaqla məhdudlaşıb.

 

Rusiya ordusu qərbli həmkarları ilə müqayisədə fərqli taktika yürüdür. Müharibəyə cəlb olunan rus hərbçiləri  generallar tərəfindən göndərilən təlimatlarla idarə olunur. Lakin Moskvanın işğal kampaniyası zəiflədikcə və Rusiyanın 12 generalı öldürüldükdən sonra Putinin çıxış yolu qalmayıb və bütün proseslərə şəxsən özü nəzarət etməyə başlayıb.(modern.az)



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər