Saytımızı qiymətləndirin


 
 

Bu ölkə Putinin təhlükəsizliyinə təminat verdi
Tarix: 08-09-2022 | Saat: 11:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

İndoneziya G20 sammitində Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etməyə hazırdır.
 

Qarabaginfo.az xəbər verir ki, bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares RİA Novosti agentliyinə bildirib.


"Bu il G20 sammitinə ev sahibliyi edəcək ölkə olaraq, əlbəttə ki, biz bütün iştirakçılar üçün təhlükəsizlik təminatları verəcəyik. İndoneziya dəfələrlə beynəlxalq görüşlərə ev sahibliyi edib - APEC, ASEAN, Şərqi Asiya Sammiti və s. Təbii ki, İndoneziya bütün iştirakçıların, ilk növbədə də sammitə qatılmağı planlaşdıran dövlət başçılarının təhlükəsizliyinə zəmanət verir", - səfir deyib.


Bundan əvvəl İndoneziya prezidenti Coko Vidodo bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin noyabrda Balidə keçiriləcək G20 sammitində iştirak etməyi planlaşdırır.



Xəbəri paylaş

202 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır