Tarix: 01-12-2017 | Saat: 13:42
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Kredit götürən şəxs üçün kreditin faiz dərəcəsi, məbləği və müddəti, sözsüz ki, ən əhəmiyyətli məsələlərdir. Faiz dərəcələri müştərilərin kredit tarixçəsinə əsasən müəyyən olunur.Nağd pula ehtiyacı olan müştərilər bəzi şərtlər altında müəyyən banklardan kredit ala bilərlər. Sistemə uyğun olaraq, bankdan verilən borcla birgə qoyulan faiz dərəcəsi də banka geri ödənilməlidir.Qeyd olunan banklar krediti yalnız Azərbaycan vətəndaşlarına təklif edir. Bəzi hallarda borcalanın Azərbaycan vətəndaşlığı olmadıqda isə zamini mütləq Azərbaycan vətəndaşı olan şəxslər xidmətlərdən yararlana bilir. Bütün banklarda kredit əldə etmək üçün kreditora şəxsiyyət vəsiqəsi, iş yerindən və ya gəliri təsdiq edən sənəd təqdim edilməlidir.
Azərbaycan Beynəlxalq Bank ı(ABB) müştərilərə 36 ay müddətinə 29-27% dərəcəsi ilə 15.000 manatadək kredit təklif edir. ABB-dən ilk dəfə kredit alan müştərilər 29%, onun zamini ABB-nin kartı vasitəsilə əmək haqqı və ya pensiya alan şəxs olduqda isə 27% ödəyir.
Kapital Bank müştərilərə 3-48 ay intervalında 29,84% dərəcəsi ilə 300-20.000 AZN məbləğində kredit təklif edir.Nağd pul krediti maaş və pensiya kartı Kapital Bank-dan olan şəxslərə verilir. Yalnız xüsusi hallarda zamin tələb olunur.
Bank Respublika müştərilərə maksimum 24 ay müddətinə 26%-dən başlayaraq 500-10.000 AZN məbləğində kredit təklif edir. Bu bankda 5000 AZN-ədək kredit götürmək üçün zamin tələb olunmur.
Azər-Türk Bank müştərilərə 36 ay müddətinə 26-29% dərəcəsi ilə 15.000 manat həcmində kredit verir. Bu bankdan kredit götürmək üçün borcalan əmək haqqını Azər-Türk Bank-dan almalıdır.
Access Bank müştərilərə minimum 6 – maksimum 24 ay müddətinə 29%-lə 500-20.000 AZN məbləğındə kredit təklif edir. Borcalanın son iş yerində minimum 1 illik əmək stajı mütləq olamlıdır.
Bank of Baku müştərilərə 3-36 ay daxilində 23-25% dərəcəsi ilə minimum 3000 – maksimum 70.000 AZN məbləğındə kredit təklif edir. Kredit bütün dövlət və özəl müəssisələrinin əməkdaşları üçün verilir.
Express Bank müştərilərə 3-36 ay müddətinə 30% dərəcəsi ilə 10.000 manatadək həcmində kredit təklif edir.
Rabitə Bank müştərilərə maksimum 24 ay müddətinə 26-30% dərəcəsi ilə rəsmi iş yeri olan şəxslərə 3000 manat həcmində kredit verir.
Unibank müştərilərə 24 aya qədər 27% dərəcəsi ilə 300 -10.000 AZN məbləğındə kredit təklif edir. Əmək haqqısı minimum 175 manat olan şəxslər Unibank-a müraciət edə bilərlər.
AG bankmüştərilərə ödəmə dövrü 3-36 ay daxilində 15-27% dərəcəsi ilə 300-10.000 AZN kredit təklif edir.
AFB Bank müştərilərə 12 ay müddətinə 25% dərəcəsi ilə minimum aylıq gəlirin 3 misli – maksimum 5000 AZN məbləğində kredit təklif edir.
Ziraat Bankımüştərilərə ödəmə dövrü 12-36 ay olmaqla, 26-28% dərəcəsi ilə 15.000 AZN-dək dəyərində kredit təklif edir.
Azərbaycan Sənaye Bankı (ASB) müştərilərə 36 aya qədər 27% dərəcəsi ilə 500 -15.000 AZN məbləğində kredit təklif edir. 15.000 manatdan çox kredit üçün yüksək daşınmaz əmlak girovu lazım gəlir.
YapıKredi Bank Azərbaycan müştərilərə 6-36 ay müddətinə 28% dərəcəsi ilə 300 AZN-dən başlayaraq kredit təklif edir. Kredit bütün dövlət və özəl müəssisələrinin əməkdaşları üçün verilir. Bu bankdan kredit almaq üçün bankda əmanət hesabınız olmalıdır.
Nikoil Bank müştərilərə 6-36 ay müddətinə faiz dərəcəsi 25%-dən başlayaraq minimum 500 – maksimum 30.00 AZN mıəbləği daxilində kredit təklif edir. Bu bankda kredit verilməsinin xüsusi hallarında ikinci şəxsin zaminliyi tələb oluna bilər.
Digər xəbərlər