Saytımızı qiymətləndirin


 
 

Bu ölkədə liderin seçilməsi demokratiyadan uzaqdır - PUTİN
Tarix: 07-09-2022 | Saat: 14:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu ölkədə liderin seçilməsi proseduru demokratik prinsiplərdən uzaqdır.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Şərq İqtisadi Forumununda Rusiya prezidenti Vladimir Putin Liz Trussın Böyük Britaniyanın yeni baş naziri təyin edilməsini şərh edərkən deyib.

 

“Böyük Britaniyada dövlət başçısının seçilməsi proseduru demokratik prinsiplərdən uzaqdır. Bu, əvvəlki parlament seçkilərində qalib gələn partiya çərçivəsində baş verir. Böyük Britaniya xalqı hakimiyyət dəyişikliyində bu işə qarışmır. Oradakı hakim elitanın öz təlimatları var. Rusiya Federasiyası ilə münasibətləri necə qurmaq onların işidir, bizim işimiz öz maraqlarımızı qorumaqdır. Biz bunu ardıcıl şəkildə edəcəyik, qoy heç kim buna şübhə etməsin”, - Putin bildirib.

 

Truss bazar ertəsi Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri və Baş nazir olub.



Xəbəri paylaş

179 dəfə oxunub.

Digər xəbərlər