Saytımızı qiymətləndirin


 
 

Türkiyə Prezidenti Serbiyaya səfər edib
Tarix: 07-09-2022 | Saat: 08:19
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə Prezidenti Serbiyaya səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrinə səfəri çərçivəsində Serbiyada olub.

Qarabaginfo.az xəbər verir ki, Belqradın Nikola Tesla Hava Limanında Türkiyə liderini Serbiya Prezidenti Aleksandar Vuçiç, həmçinin Serbiyanın Ankaradakı səfiri Zoran Markoviç, Türkiyənin Belqraddakı səfiri Hami Aksoy, səfirliyin digər əməkdaşları qarşılayıb.

Türkiyə Prezidenti və xanımı Əminə Ərdoğanı xarici işlər naziri Mövlut Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank, kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, AKP sədrinin müavini Numan Kurtulmuş, AKP sədrinin digər müavini və partiya sözçüsü Ömər Çelik, habelə digər şəxslər müşayiət edirlər.



Xəbəri paylaş

1169 dəfə oxunub.

Digər xəbərlər
11-01-2021, 10:17 Neft yenidən bahalaşıb