Saytımızı qiymətləndirin


 
 

İsmayıllıdakı yanğın söndürüldü
Tarix: 31-08-2022 | Saat: 13:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avqustun 30-da İsmayıllı rayonunun Keyvəndi və Şəbiyan kəndlərinin bələdiyyə ərazisində başlayan yanğının söndürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə səfərbər olunublar.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, artıq yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb.

 

Nazirlik rəsmisi onu da bildirib ki, dünən Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında, dağlıq ərazidə baş vermiş yanğın ETSN-in yerli qurumlarının 50-yə yaxın əməkdaşı və FHN-in yanğından mühafizə qüvvələri tərəfindən məhdudlaşdırılıb.

 

Hazırda ərazidə soyutma işləri aparılır.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər
9-11-2022, 23:45 Sabah hava necə olacaq?