Saytımızı qiymətləndirin


 
 

Yeni Laçın yolunun ilk yolçuları separatçı Arayik və Xocalı qatili Balasanyan oldu...-VİDEO
Tarix: 31-08-2022 | Saat: 11:22
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Yeni Laçın yolunun ilk yolçuları separatçı Arayik və Xocalı qatili Balasanyan oldu...-VİDEO

Erməni mənbələrinin yaydığı məlumata əsasən dünən - avqustun 30-u saat 20:00-dan fəaliyyətə başlamış Azərbaycan dövləti tərəfindən çəkilmiş Laçın yoluna alternativ yolun ilk yolçuları Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan və qondarma "təhlükəsizlik şurası"nın katibi Vitali Balasanyan olub.

Qarabaginfo.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Hraparak" informasiya yayıb.

Onlar saat 18:00 radələrində Xankəndindən çıxıb və yolun təhlükəsiz və istifadəyə yararlı olduğundan əmin olmaq üçün bu yol ilə Gorus rayonunun Tex(Dığ) kəndinə gediblər. Daha sonra eyni yolla  geri dönüblər.

Saat 20:00-dan etibarən Qarabağın digər erməni sakinləri də bu yolla hərəkət edə bilərlər.

Xəbərdə belə deyilir.

Xankəndindən Ermənistana gedən yeni yolun işə düşməsi haqda ilk video-reportajı isə Qarabağda  qanunsuz fəaliyyət göstərən qondarma "ArtsaxTV" kanalı hazırlayıb. Video-görüntüdən bəlli olur ki, Rusiya hərbçiləri artıq yolun Şuşa rayonunun Onverst və Kiçik Qaladərəsi kəndlərindən keçən hissəsində nəzarət-buraxılış postlarını qurublar. Fotoda görünən yüksəklik Laçın rayonu ərazisindəki "Azersell" rabitə qülləsi qurulmuş və Azərbaycan ordusunun hərbi birləşməsi yerləşdirilmiş strateji  Ağdaş(1784 m) yüksəkliyidir...

Xatırladaq ki, Arayik Arutyunyan və Vitali Balasanyan Azərbaycan dövləti tərəfindən İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilib...



Xəbəri paylaş

1184 dəfə oxunub.

Digər xəbərlər