Ana Sayfa > Karusel / Qarabağ > Yeni Laçın yolunun ilk yolçuları separatçı Arayik və Xocalı qatili Balasanyan oldu...-VİDEO
Yeni Laçın yolunun ilk yolçuları separatçı Arayik və Xocalı qatili Balasanyan oldu...-VİDEO31-08-2022, 11:22. Yazar: Admin |
![]() Erməni mənbələrinin yaydığı məlumata əsasən dünən - avqustun 30-u saat 20:00-dan fəaliyyətə başlamış Azərbaycan dövləti tərəfindən çəkilmiş Laçın yoluna alternativ yolun ilk yolçuları Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan və qondarma "təhlükəsizlik şurası"nın katibi Vitali Balasanyan olub. Qarabaginfo.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Hraparak" informasiya yayıb. Onlar saat 18:00 radələrində Xankəndindən çıxıb və yolun təhlükəsiz və istifadəyə yararlı olduğundan əmin olmaq üçün bu yol ilə Gorus rayonunun Tex(Dığ) kəndinə gediblər. Daha sonra eyni yolla geri dönüblər. Saat 20:00-dan etibarən Qarabağın digər erməni sakinləri də bu yolla hərəkət edə bilərlər. Xəbərdə belə deyilir. Xankəndindən Ermənistana gedən yeni yolun işə düşməsi haqda ilk video-reportajı isə Qarabağda qanunsuz fəaliyyət göstərən qondarma "ArtsaxTV" kanalı hazırlayıb. Video-görüntüdən bəlli olur ki, Rusiya hərbçiləri artıq yolun Şuşa rayonunun Onverst və Kiçik Qaladərəsi kəndlərindən keçən hissəsində nəzarət-buraxılış postlarını qurublar. Fotoda görünən yüksəklik Laçın rayonu ərazisindəki "Azersell" rabitə qülləsi qurulmuş və Azərbaycan ordusunun hərbi birləşməsi yerləşdirilmiş strateji Ağdaş(1784 m) yüksəkliyidir...
Geri dön |