Saytımızı qiymətləndirin


 
 

Həbsdə olan general dövlətə 18 milyon ziyan vurub - Bu qədər ödəyib...
Tarix: 15-09-2023 | Saat: 15:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Həbsdə olan general dövlətə 18 milyon ziyan vurub - Bu qədər ödəyib...

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və onunla birgə ittiham olunan polkovniklər hakim qarşısına çıxarılıb.

 

Qarabaqinfo.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin şəxsiyyətini təsdiq edən məlumatlar dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

 

İş üzrə zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb. Zərərçəkmiş tərəf indiki mərhələdə hər hansı vəsatətin olmadığını, işin baxışa təyin edilməsinin uyğun görüldüyünü deyib.

 

Prosesin davamında general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatət qaldıraraq müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib: “Hesab edirəm ki, Nizami Məmmədovun həbsdə qalması üçün əsas yoxdur. Şəxsin bəlli bir yaşayış yeri var, istintaqın gedişinə maneə yaratmaq fikri yoxdur. Bundan başqa müvəkkilim xəstəlikdən əziyyət çəkir və xeyli müddətdir müalicə müəssisəsində saxlanılır. Müəyyən edilib ki, Nizami Məmmədov dövlətə 18 milyon manat ziyan vurub. Həmin məbləğin də 12 milyondan bir qədər çox hissəsi ödənilib. Bu da 70 faizdən çox deməkdir. Həm ziyanın ödənilməsi həm işin sürətlənməsi üçün müvəkkilimin ev dustaqlığına buraxılmasını xahiş edirəm”.

 

Eyni iş üzrə təqsirləndirilən Bayram Bayramov, Cəlal Kazımov və Vüsal Əlizadənin vəkilləri də həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər. Müdafiə tərəfi vəsatətlərini dəymiş ziyanın ödənilməsi ilə əsaslandırıblar.

 

Dövlət ittihamçısı hazırkı mərhələdə qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını deyərək, vəsatətlərin təmin edilməməsini istəyib. Prokuror istintaq orqanı tərəfindən kobud qanun pozuntularına yol verilmədiyi səbəbindən işin baxışa təyin edilməsini uyğun görüb.


Məhkəmə müşavirənin ardından vəsatətlərin rədd edildiyini elan edərək, təqsirləndirilən şəxslərin həbsinin davamına qərar verib.

 

İş üzrə baxış iclası sentyabrın 22-nə təyin edilib.

 

Qeyd edək ki, Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində nazirliyin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və həmin idarənin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.


Təqsirləndirilən şəxslər hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

 

İş üzrə dövlətə dəymiş ziyan 100 milyon manata yaxındır.

 

İbtidai istintaq müddətində iş üzrə ümumilikdə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib.




1106 dəfə oxunub.

Digər xəbərlər