Azərbaycanda son sutkada 1 677 nəfər vaksinasiya olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 890-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 155 olub.

Gün ərzində birinci doza vaksinlərin sayı 320, ikinci doza vaksinlərin sayı 312 təşkil edib.