Saytımızı qiymətləndirin


 
 

Səhiyyə Nazirliyi: İtkin düşmüş şəxslərin skelet qalıqları üçün xüsusi depolar yaradılıb
Tarix: 30-08-2022 | Saat: 12:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Səhiyyə Nazirliyi: İtkin düşmüş şəxslərin skelet qalıqları üçün xüsusi depolar yaradılıb

"Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən yalnız I Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin sklet qalıqlarının öyrənilməsi, müayinəsi və sonradan saxlanılması üçün xüsusi şəraitə malik yerdə depolar yaradılıb. Həmin yerdə biz onları saxlayırıq".

Bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib.

Ədalət Həsənov deyib ki, Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə ayrıca yer ayrılıb: "Həmin sümük qalıqları bizə təqdim olunan zaman həmin şöbəyə aparılır. Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin II Məhkəmə-tibbi kriminalistika şöbəsini yaratmışıq. Orada müayinələr Hərbi Prokurorluğun əməkdaşları ilə birgə protokollaşdırılır. Sonra da orada xüsusi depolarda saxlanılır".



Xəbəri paylaş

179 dəfə oxunub.

Digər xəbərlər