Saytımızı qiymətləndirin


 
 

Erməni mətbuatı Azərbaycanın Laçın şəhərinə nəzarətindən yazdı - Xankəndidə TƏŞVİŞ
Tarix: 26-08-2022 | Saat: 14:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Ordusunun bu gün Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olması barədə xəbərə əvvəlcə susqunluq nümayiş etdirən Ermənistan mətbuatı cəmi 2 saat dözə bilib. Aparıcı erməni KİV-ləri nəhayət istəməsələr belə, ordumuzun Laçın şəhərindən yayılan görüntülərini və korpus komandiri, general-mayor Kənan Seyidovun Ali Baş Komandana məruzəsini dərc etməyə məcbur olublar.

Azərbaycanın dövlət bayrağının Laçın şəhərində dalğalanması barədə xəbər Xankəndidə yaşayan mülki ermənilər arasında təşvişə səbəb olub.


Qarabaginfo.az xəbər verir ki, Xankəndidəki separatçıların “İnformasiya mərkəzi” dərhal sakinləri sakitləşməyə, həyəcanlanmamağa çağırıb.

Çağırışda bildirilib ki, Xankəndini Ermənistanla birləşdirən Şuşa-Laçın-Gorus yolu hələ ki 31 avqust tarixi də daxil olmaqla bu ayın sonuna kimi fəaliyyət göstərəcək.

Bildirilir ki, Rusiya sülhməramlıları göstərilən müddət ərzində Qarabağa gəlib-gedən ermənilərin təhlükəsiz hərəkətini təmin edəcəklər.


“Alternativ yeni yolla bağlı isə əlavə məlumat verəcək”, - xəbərdə deyilir.



Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər