Saytımızı qiymətləndirin


 
 

“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib
Tarix: 25-08-2022 | Saat: 20:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsi başa çatıb.

 

Qarabaginfo.az xəbər verir ki, müsabiqənin başa çatması münasibəti ilə Bakıda Hərbi Dəniz Qüvvələrində təntənəli bağlanış və qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə iştirakçı dövlətlərin, müşahidəçi qismində iştirak edən ölkələrin silahlı qüvvələrinin nümayəndələri, hərbi attaşelər, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Bu il hərbçilərimiz dörd növ üzrə müsabiqədə - “Tank biatlonu” (Rusiya Federasiyası), “Snayper həddi” (İran İslam Respublikası), “Artilleriya atəşinin ustaları” (Qazaxıstan Respublikası) və “Dəniz kuboku” (Azərbaycan Respublikası) öz peşəkarlıq və məharətlərini nümayiş etdirərək fərqləniblər.

Beşinci ildir ki, keçirilən “Dəniz kuboku” müsabiqəsinə Azərbaycan ev sahibliyi edir. Ölkəmizdə bu müsabiqənin şəffaf, yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılır. Ötən illərdə olduğu kimi, bu il də “Dəniz kuboku” dostluq, qardaşlıq, qarşılıqlı anlaşma şəraitində keçib.

Azərbaycan, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin, eləcə də Rusiya Hərbi Dəniz Donanmasının gəmi heyətləri on gündən çoxdur ki, Xəzər dənizinin Azərbaycan akvatoriyasında keçirilən yarışlarda bacarıqlarını nümayiş etdiriblər.

“Dəniz kuboku” müsabiqəsi zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyənləşdiriblər.

Hərbçilərimiz “Dəniz kuboku” müsabiqəsində ölkəmizi yüksək səviyyədə təmsil ediblər. Belə ki, hakimlər komissiyası tərəfindən aparılan qiymətləndirmənin yekun nəticələrinə əsasən Azərbaycan və Rusiya hərbi dənizçiləri müsabiqənin qalibi olublar. Qazaxıstan komandası ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildə bünövrəsi qoyulan “Beynəlxalq Ordu Oyunları” yarışlarına maraq artır və ildən-ilə iştirakçı dövlətlərin sayı artır.

Azərbaycan Ordusunun hərbi qulluqçuları ilk gündən başlayaraq bu yarışlarda iştirak edib və uğurlar qazanıblar.



Xəbəri paylaş

1176 dəfə oxunub.

Digər xəbərlər