Tarix: 04-07-2022 | Saat: 11:14
Bölmə:Karusel / Sosial | çapa göndər
Azərbaycanda iyulun 1-dən əlilliyin yeni meyarlarla təyinatına başlanılıb.
Bu barədə Qarabaqinfo.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.
Bildirilib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət edən şəxs qeydiyyatı üzrə poliklinkaya yaxınlaşmalıdır və şəxslə bağlı göndəriş rəsmləşdirildikdən sonra 15 iş günü ərzində qiymətləndirilmə aparılacaq. İyulun 1-dən göndərişi rəsimləşdirilən vətəndaşların müraciətləri yeni meyarlarla qiymətləndiriləcək.
Qeyd edək ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişikliklər edilib. Dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minib. Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.
Əvvəlki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilirdi, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 700-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik dərəcəsi almaq mümkün olacaq.
İndiyə qədər əlilliyi olan şəxslərdə təkrar yoxlama aparılmayacaq. Bundan sonra yeni müraciətlər yeni meyarlar əsasında qiymətləndiriləcək.
Həmçinin şəxsdə olan bir neçə diaqnoz əlillik təyinatında nəzərə alınacaq. Məsələn, A xəstəliyi üzrə şəxsə 40 faiz, B xəstəliyinə görə 80 faiz əlillik verilir. İndiki halda bunları birləşdirib daha ağır dərəcə vermək mümkün deyil. Yeni meyarlarda iki diaqnoz üzrə əlillik təyinatı aparmaq mümkün olursa, onlar birləşdirilir. Ən yüksək dərəcə 10 faiz artırılır, bu zaman ən yüksək müddət hansıdırsa, o seçilir. Həmçinin əlilliyin ən üstün səbəb əlaqəsi seçiləcək. Bu sənəd vətəndaşların sosial müdafiəsinə yönəlmiş sənəddir və müstəqillik tariximizdə əlillik sahəsində ən böyük, əhatəli islahatdır.
Digər xəbərlər