Bu həftə Əfqanıstanın mərkəzi və şərqində baş verən güclü daşqınlar nəticəsində 8 uşaq həlak olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının uşaq agentliyi məlumat yayıb. Agentliyin xəbərinə görə, ölənlərlə yanaşı, xeyli sayda uşaq da itkin düşüb.
UNICEF-in Əfqanıstandakı sözçüsü Samanta Mort bildirib ki, uşaq ölümlərinin sayı arta bilər. Onun sözlərinə görə, daşqınların yaratdığı xaosda daha çox uşaq itkin düşüb və yaralanıb.