Rusiyada son sutka ərzində 40 231 nəfər koronavirusa yoluxub.

Qarabaginfo.az xəbər verir ki, ötən gün 30 967 yoluxma qeydə alınmışdı. Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 19,22 milyon nəfəri keçib.

Rusiyada bu günədək koronavirusdan 383 758 nəfər vəfat edib.

Eyni zamanda son sutkada 72 nəfər koronavirusun qurbanı olub. Bu, iyunun 11-dən bəri qeydə alınan ən yüksək göstərici olub.