Ukrayna Rusiya ilə müharibədə 9 minə yaxın hərbçisini itirib.

Qarabaginfo.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı forumda deyib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahının məlumatına görə, müharibə zamanı 45 500-ə yaxın rusiyalı hərbçi öldürülüb. Rusiya hərbi itkilərini açıqlamayıb.

"Altı aydır davam edən müharibədə nəinki hərbi qulluqçular, nəinki əlinə silah götürənlər – bizim balaca övladlarımız iştirak edir ki, onların heç bir günahı yoxdur, onların "günahı" yalnız burada doğulmasıdır. Onlar həqiqətən nə baş verdiyini anlamırlar, lakin onların həm Soledar, Baxmut, Velika Novosilka yaxınlığında, həm də burada müdafiəyə ehtiyacı var, çünki ataları cəbhəyə gedib və ölən 9000-ə yaxın qəhrəman arasında ola bilər", - deyə Zalujnı bildirib.