Saytımızı qiymətləndirin


 
 

Müəllimlərin maaşına nə qədər əlavə ediləcək...
Tarix: 20-08-2022 | Saat: 11:45
Bölmə:Karusel / Təhsil | çapa göndər

Prezident İlham Əliyev sertifikatlaşdırmadan keçən müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin müəyyənləşdirilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, əlavələri Nazilər Kabineti müyyən etməlidir.
 

Məsələ təhsil ictimaiyyəti arasında ciddi müzakirələrə səbəb olub. Maraqlıdır, müəllimlərin maaşına əlavələr nə qədər olmalıdır?
 

Təhsil eksperti, professor Şahlar Əsgərov Modern.az-a bildirib ki, bu məsələnin nəzəri, praktiki və mənəvi tərəfləri var:
 

“Əgər məsələyə nəzəri tərəfdən baxsaq, müəllimlər məmurlardan fərqli olaraq dərs dediyi saatlardan əlavə də işlə məşğul olur. Ona görə də müəllimlərin  maaşı orta sənaye işçsilərinin maaşından iki dəfə artıq olmalıdır.  Bu gün Bakıda orta sənaye işçisinin maaşı təxminən 500 manatdır. Deməli müəllimin maaşı 1000 manat olmalıdır”.



Ekspertin sözlərinə görə, müəllimlərə ictimai diqqət göstərilməsi maaşdan daha önəmlidir:
 

“Bir cəmiyyətdə müəllimlərin, həkimlərin maaşları arta bilər. Ancaq müəllimlərə ictimai diqqət də yüksək olmaldır. Məsələn, müəllimlərə pasport xərclərində 50 faiz güzəştə gedilməsi, banklarda az faizlə kredit verilməsi ictimai diqqət ola bilər. Cəmiyyətin müəllimə hörməti olmalıdır. Onda maaşın az olmasının bir o qədər də önəmi yoxdur. Bir də hüquq sistemində ədalət olmalıdır. Müəllimlər gedib bir arayış tələb edəndə ondan 5 manat pul istəməməlidirlər. Ancaq müəllimlərə az maaş verib onu da əllərindən müxtəlif səbəblərlə almaq yaxşı hal deyil”.


Ş.Əsgərov Prezidentin Fərmanını bəyəndiyini vurğulayıb.



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər