Saytımızı qiymətləndirin


 
 

Səbəbsiz yerə tanımadığı şəxsi ÖLDÜRDÜ
Tarix: 19-08-2022 | Saat: 12:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu il mayın 24-də Salyan rayonu ərazisində 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Bu barədə Qarabaginfo.az-a rayon prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, istintaqla rayon sakini, 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun qeyd edilən tarixdə küçədə əvvəldən tanımadığı Natiq Əhmədova yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan kəsici-deşici alətlə müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

İş üzrə toplanan sübutlar əsasında İnsanağa Əsgərova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər