Rusiyanın iki "MiQ-31" qırıcısı sahilyanı Porvoo şəhəri yaxınlığında Finlandiya hava məkanını pozub.

Bu barədə "Reuters"in məlumatında qeyd olunub.

Finlandiya Müdafiə Nazirliyinin sözçüsü Kristian Vakkuri deyib ki, "Finlandiya hava məkanının pozulması iddia edilən dərinlik bir kilometr olub".

Təyyarələrin qərb istiqamətində uçduğu və iki dəqiqə ərzində Finlandiya hava məkanında olduğu bildirilir.