Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev avqustun 19-da Soçidə görüşəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında qeyd olunub. 

Əlavə olaraq bildirilib ki, tərəflər inteqrasiya birliklərində, o cümlədən Qazaxıstanın bu il sədrlik edəcəyi MDB məkanında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

"Ən yüksək səviyyədə müntəzəm dialoqun davamı olaraq, Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır", - məlumatda deyilir.