Mingəçevirdə qadın özünü Yuxarı Qarabağ kanalına ataraq intihar edib.

İntihar edən şəxs 1956-cı il təvəllüdlü şəhər sakini Səbzəliyeva Zeynəb Şahbaz qızıdır. Hadisə kanalın şəhərin sağ sahil yaşayış sektorundan keçən hissəsində baş verib.

Hazırda onun meyitinin tapılması üçün Aran dalğıc axtarış qrupu axtarışlarını davam etdirir.

Z.Səbzəliyevanın uzun zamandır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.