Argentinada Dünya Kubokunun finalından sonra baş verən iğtişaşlarda 15 nəfər saxlanılıb
Tarix: 21-07-2026 | Saat: 07:55
Bölmə:Karusel / Dünya | çapa göndər
128 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-07-2026 | Saat: 07:55
Bölmə:Karusel / Dünya | çapa göndər
2026 FIFA Dünya Kubokunun finalında İspaniyaya 1:0 hesabı ilə uduzan Argentinada matçdan sonra iğtişaşlar baş verib.
Qarabaginfo.az xəbər verir ki, Buenos-Ayresin mərkəzində yerləşən Obelisk meydanında toplaşan minlərlə azarkeşdən ibarət qrup polisə daş və şüşə atıb. Buna cavab olaraq hüquq-mühafizə orqanları izdihamı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Toqquşmalar nəticəsində 7 polis əməkdaşı yaralanıb, 15 nəfər saxlanılıb. Hadisələrin zibil konteynerinin yandırılmasına cəhddən sonra başladığı bildirilir.
Argentina Prezidenti Xavyer Miley məğlubiyyətə baxmayaraq milli komandanı təbrik edib və yığmanın dünya ikincisi olması münasibətilə ölkədə milli istirahət günü elan etməyi planlaşdırdığını açıqlayıb.
Xəbəri paylaş
Digər xəbərlər
21-02-2022, 11:49
20 günün qəza statistikası: 49 ölü, 24 yaralı
1-12-2017, 18:23
"Asiyanın Qəlbi - İstanbul Prosesi"nin 7-ci nazirlər konfransının Bakı Bəyannaməsi qəbul edilib
14-08-2023, 15:22
Dövlət qulluğu imtahanlarının nəticələri açıqlandı
16-09-2021, 08:52
Bayden üçtərəfli görüş zamanı Avstraliya baş nazirinin adını unudub
9-06-2022, 20:03
Rusiya XİN Lavrovun Fərrux kəndi ilə bağlı dediklərinə düzəliş edib
5-09-2022, 18:21
AMB-nin rəsmi valyuta ehtiyatları ilin əvvəlindən 6%-dən çox artıb
6-03-2022, 00:06
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
2-12-2017, 12:55
YAP Prezident seçkilərinə hazırlığa başlayıb

















