Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1791 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 261, üç və daha çox doza vaksin vurduranların sayı 1057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 172 nəfərdir.