Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Qarabaginfo.az-a bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.

G.Məmmədovanın sözlərinə görə sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

“Dispers toz hissəcikləri  Xətai rayonunda  4.3,  Nizami rayonunda 2.4, Səbail rayonunda 2.5 dəfə normadan yüksək qeydə alınıb”.