Saytımızı qiymətləndirin


 
 

“Zaqatalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi layihənin qalibi seçilib
Tarix: 25-08-2023 | Saat: 15:50
Bölmə:Region | çapa göndər

 

“Zaqatalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsi AİLƏ, QADIN, UŞAQ VƏ GENDER MƏSƏLƏLƏRİ üzrə təqdim olunan “ Gender bərabərliyinin qorunması istiqamətində maarifləndirici sessiyaların keçirilməsi” layihəsi ilə qalib olub.

Qarabaginfo.az-ın xəbərinə görə, layihənin əsas məqsədi, gender bərabərliyinin gücləndirilməsinə və qadınların sosial-iqtisadi hüquqlarının daha geniş şəkildə həyata keçirilməsinə töhfə vermək, Milli Fəaliyyət Planı ilə sessiya iştirakcılarını tanış etməkdir. Layihənin əsas ideyası icmalarda Gender bərabərliyin qorunması istiqamətində maarifləndirici sessiyaların , 4 İcmada hər icmada 1 sessiya olmaqla 4 görüşün ( Mazıx, Gözbarax, Lahıc, Yengiyan bələdiyyələri) keçirilməsi uğurla başa çatdı. 14-15 avqust 2023-cü il tarixdə Zaqatala rayonunda 4 bələdiyyə ərazisində hər bələdiyyədə 1 sessiya , hər sessiyada 20 nəfər olmaqla gender bərabərliyinin təbliği məqsədi ilə maarifləndirici tədbirlərin keçirildi . Gender bərabərliyin qorunması istiqamətində keçirilən görüşlər nəticəsi olaraq İştirakçılar cəmiyyətimiz və icmalarımız üçün böyük problemə çevrilən qızların təhsildən uzaqlaşdırma, zorla, erkən nigah qurmaya məcbur edilmə, istədiyi sahədə çalışmağa icazə verməmə hallarının azaldılması üçün yollar araşdıraraq bu barədə istiqamət göstərildi. Layihənin icrasinda göstərdiyi dəstək üçün Zaqatala Rayon İcra Hakimiyyətinə, İƏD üzrə nümayəndəliklərə, bələdiyyələrə təşəkkürümüzü bildiririk.

 









Xəbəri paylaş

640 dəfə oxunub.

Digər xəbərlər
16-03-2018, 17:36 Əliyev xalqı təbrik etdi