Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Qarabaginfo.az-a bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.
G.Məmmədovanın sözlərinə görə sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.
“Dispers toz hissəcikləri Xətai rayonunda 4.3, Nizami rayonunda 2.4, Səbail rayonunda 2.5 dəfə normadan yüksək qeydə alınıb”.