Tarix: 08-08-2022 | Saat: 19:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ukrayna Rusiyanın yalnız bir neçə mühüm taktiki məğlubiyyətindən sonra Kremllə sülh danışıqlarına başlamağa hazırdır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.
“Təəssüf ki, bu gün Rusiya ilə razılığa gəlmək mümkün deyil. Rusiya mütləq bundan imtina edəcək və ya razılaşma tərəflərini aldatmağa çalışacaq. O, özünün işğalçı imkanlarından tam istifadə edir və Ukrayna üçün qəbuledilməz olan status-kvonu təşviq etmək istəyir. Ona görə də başa düşmək lazımdır ki, Rusiya ilə danışıqlar prosesi yalnız rus qoşunlarının bir neçə mühüm taktiki məğlubiyyəti şərti ilə mümkündür”, - M.Podolyak bildirib.
O əlavə edib ki, indi Kiyevlə Moskva arasında yalnız humanitar məsələlərlə bağlı dialoq var: əsirlərin mübadiləsi, ölənlərin cəsədləri, humanitar dəhlizlər, taxıl ixracı.
Digər xəbərlər