“İyulun 28-də axşam prezident Vladimir Putin Rusiya-Afrika sammiti çərçivəsində Afrika nümayəndə heyətinin üzvləri ilə görüşməyi planlaşdırır”.
qarabaginfo.az xəbər verir ki, bunu, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, söhbət zamanı Ukrayna problemi ilə bağlı məsələlər müzakirə olunacaq.
Bu müzakirə iyunda Sankt-Peterburqda baş tutan görüşün davamı olacaq.