Tarix: 07-08-2022 | Saat: 13:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rus generalını öldürüb. Eyni zamanda, Rusiya qoşunlarının uğursuzluqları ən azı 6 komandirin vəzifəsini itirməyə səbəb olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
Qeyd olunub ki, Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri vəzifələrini itiriblər.
General-polkovnik A.Çayka 2022-ci ilin mayında vəzifəsindən azad edilib. Çox güman ki, onu general-leytenant Vladimir Koçetkov əvəzləyib.
“İşdən çıxarılmaların təsirini Ukraynadakı müharibədə azı 10 rus generalının həlak olması faktı daha da artırır. Bu komandanlıq vəziyyətinin kumulyativ təsiri çox güman ki, Rusiyanın taktiki və əməliyyat problemlərini daha dərinləşdirəcək”- məlumatda deyilir.
Digər xəbərlər