Saytımızı qiymətləndirin


 
 

Azərbaycandan zəvvarların növbəti qrupunun Həcc ziyarətinə yola düşəcəyi tarix bilinib
Tarix: 20-05-2025 | Saat: 12:04
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycandan zəvvarların növbəti qrupunun Həcc ziyarətinə yola düşəcəyi tarix bilinib

Azərbaycandan ikinci zəvvar qrupunun Həcc ziyarətinə yola düşmə vaxtı məlum olub

Azərbaycandan ikinci zəvvar qrupu mayın 26-ı Həcc ziyarətinə yola düşəcək.

Bu barədə Qarabaginfo.az-a açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

Azərbaycandan ilk zəvvar qrupu Həcc ziyarətinə nə vaxt yola düşəcək?

Xəbər verdiyimiz kimi, Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i Həcc ziyarətinə yola düşəcək. Digər zəvvar qrupları da mərhələli şəkildə Həcc ziyarətinə yola düşəcəklər.

Həcc ziyarətinə getmək istəyən şəxslər üçün sənəd qəbulu nə vaxt başa çatacaq?

Qeyd edək ki, Həcc ziyarətinə getmək istəyən şəxslərin sənəd qəbulu yanvarın 21-dən aktivləşdirilib və qısa zamanda dayandırılacağı bildirilib.
Həcc ziyarəti paketinin qiyməti nə qədərdir?
Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Həcc ziyarətinə getmək istəyən şəxslərin qeydiyyatı üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.

Həcc ziyarətinə getmək istəyən şəxslər hara müraciət etməlidirlər?

Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

 



Xəbəri paylaş

102 dəfə oxunub.

Digər xəbərlər