Qarabaginfo.az xəbər verir ki, Böyük Britaniyada səfirliyimizə qarşı həyata keçirilən xain sui-qəsddən sonra Azərbaycanda böyük bir bayraq aksiyası başlayıb.
Təqdir olunacaq haldır ki, bu aksiyaya inanclılar da qoşulub. Təqdim etdiyimiz foto isə "Məşədi Dadaş" məscidinin qarşısında çəkilib. Göründüyü kimi, hazırda məscidin camaatı (İmam Caamaat Hacı Şahin Həsənli) təxribata cavabı bu cür ifadə edirlər.
Bütün ölkə əhalisini bu cür aksiyalara dəvət edirik. Hər yerdə bayraqlarımız asılsın!
Azərbaycan var olsun!(Musavat.com)