Saytımızı qiymətləndirin


 
 

Paşinyan “Qarabağ Ermənistandır, nöqtə!” bəyanatından peşman olub –"Həddimizi bilmək çox vacibdir"/ ETİRAF
Tarix: 21-06-2025 | Saat: 15:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Paşinyan Ərdoğanla bağlı niyyətini açıqladı

Ermənistan Baş naziri Paşinyan 2018-ci ildə verdiyi “Qarabağ Ermənistandır, nöqtə!” bəyanatını “ermənilərə kənardan sırınmış modelə əsasən səsləndirdiyini etiraf edib və bundan imtina olunmasını vacib sayıb. 

Qarabaginfo.az bildirir ki, Paşinyan bu barədə Türkiyənin erməni icması ilə görüşündə deyib.

Mən niyə 2018-ci ildə bəyan etdim ki, “Qarabağ Ermənistandır, nöqtə!”? Bu sualın çox mənasız, şablon cavabı var. Bütün erməni diasporasının lideri kimi təqdim olunduğuma görə, belə bu bəyanatı vermişəm. Halbuki bu model bizim deyil, kənardan gətirilib”-deyə Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, erməni diasporasında belə mövqe var ki, Ermənistanın rəhbəri bütün dünyada yaşayan erməni diasposının lideri sayılır:  “Deyəsən, bu model bizim deyil, kənardan gətirilib. Mən 2018-ci ildə vətənpərvər olduğum üçün bu bəyanatı vermişəm. Çünki belə bir təsəvvür var idi ki, bütün diasporadakı ermənilərin lideri mənəm. Belə vətənpərvərlik anlayışı bizləri fəlakətə gətirdi. Mən bütün dünya ermənilərinə, məsələn Uruqvayda yaşayan ermənilərə görə məsuliyyət daşıya bilmərəm”.

“2020-ci ildə dedim ki, biz öz vətənpərvərlik modelimiz üzərində düşünməliyik. Biz başqalarına baxıb qışqırırıq: “Vəhşi, vəhşi, amma özümüzə baxmalıyıq”, deyə Paşinyan qeyd edib.

“Mən İran və İsrail erməniləri qarşısında eyni vaxtda məsuliyyət daşıya bilmərəm, bu təhlükəlidir. Eyni zamanda İran və İsrail və ya Rusiya və Ukrayna erməniləri qarşısında məsuliyyətimi necə yerinə yetirməliyəm? Ermənistanı belə bir gündəmə gətirəndə onu uçuruma doğru itələyirik. Sərhəd həddimizi bilmək çox vacibdir”, – Paşinyan vurğulayıb.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər