Saytımızı qiymətləndirin


 
 

Dövlət Komitəsi: "Cümə namazlarında Azərbaycanın Britaniyadakı səfirliyinə hücum pislənilib
Tarix: 05-08-2022 | Saat: 17:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 15 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tövsiyələri əsasında məscidlərdə Cümə namazlarında xütbə zamanı avqustun 4-də Azərbaycanın Britaniyadakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması, dövlət atributlarına qarşı vandalizm aktı törədən qrup üzvlərinin binanın eyvanında şüarlar yazılmış parçaların asılması, radikal dini şüarlar səsləndirməsi qətiyyətlə pislənilib.

Bu barədə Qarabaginfo.az Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat əldə edib.

Qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə din xadimlərinin şəxsi təşəbbüsləri ilə bir sıra məscidlərdə dövlət bayrağının asılması ilə bağlı mütəmadi olaraq müraciətlər daxil olur və bu təşəbbüs Dövlət Komitəsi tərəfindən daim dəstəklənir.

“Bu gün bunu bir çox məscidlərimizdə müşahidə edə bilərsiniz. Belə ki, Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə dövlət bayrağı dalğalanır. Sözügedən nümunəvi addımı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dəstəkləməklə yanaşı, həm də təşviq edir”, - Dövlət Komitəsindən bildirilib.



Xəbəri paylaş

1206 dəfə oxunub.

Digər xəbərlər