Ermənistan-Azərbaycan sərhədində Əskipara (ermənilər Voskepar adlandırır - red.) kəndində Tovuz istiqamətində Rusiya ordusunun (ərazidə quraşdırılmış dəmir vaqonun üzərindəki Rusiya bayrağının rənglərinə əsasən) artıq ikinci blokpostu tikilir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Caliber.Az erməni mətbuatına istinadən xəbər verir. Kənd soveti Rusiya blokpostunun tikintisini təsdiqləyib. Tavuş rayonunun Berd kəndində daha bir Rusiya blokpostunun tikintisi iki ay əvvəl məlum olub. Həmin vaxt Ermənistan Müdafiə Nazirliyi bu məlumatı aşağıdakı ifadə ilə rəsmən təkzib edib:
Lakin bu gün Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbçilərinin sərhədin bu istiqamətində yerləşdirilməsi faktını artıq təsdiqləyib.
“Mətbuatda Rusiya hərbçilərinin Tavuş vilayətində, xüsusən də Voskepar (Əskipara) kəndində olması ilə bağlı məlumatla əlaqədar bildiririk ki, Rusiya sərhədçiləri qeyd olunan ərazidə yerləşdirilib, inşaatçılar isə sərhədçilərin maddi-texniki təminatı üçün binaların tikintisi üzrə işlər aparırlar”, - deyə Ermənistan Respublikası Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Prosesin Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirildiyi qeyd edilir.
“Müdafiə Nazirliyi Tavuş vilayətinin Berd icmasında, keçmiş hava limanı ərazisində Rusiya hərbi obyektlərinin tikintisi ilə bağlı rəsmi məlumatlara malik deyil. Ermənistan-Azərbaycan sərhədinin göstərilən hissəsində Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsi Ermənistan Respublikası Silahlı Qüvvələrinin müvafiq bölməsi tərəfindən həyata keçirilir”.