Saytımızı qiymətləndirin


 
 

Leysan yağışları Oğuzda fəsadlar törədib, kəndləri sel basıb
Tarix: 07-09-2023 | Saat: 12:20
Bölmə:Karusel | çapa göndər

Leysan yağışları Oğuzda fəsadlar törədib, kəndləri sel basıb

Leysan yağışları Oğuzda fəsadlar törədib.

Sentyabrın 6-dən 7-ə keçən gecə şimal-qərb bölgəsinin Oğuz rayonu ərazisində qeyr-sabit hava şəraiti höküm sürüb. Rayon ərazisinə fasilələrlə yağış yağıb. Yağıntı rayonun dağlıq ərazilərində leysan xarakterli olub. Leysan nəticəsində rayonun ərazisindən axan Filfilli və Türyan çaylarında suyun səviyyəsi həddən artıq çoxalıb, çaylardan qısamüddətli sel keçib.

Filfilli və Türyan çaylarının məcrasından çıxması üzündən sel suları rayonun Xaçmaz Qışlaq, Daimədağlı, Mollalı və Filfilli kəndlərinin inzibati ərazisinə düşüb. Bir sıra kənd sakinlərinin həyətyanı səhəsini, fındıq bağlarını və qarğıdalı sahələrini sel suları basıb. Kənd daxili bır sıra yollarda lil qatı yaranıb. Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda müvafiq qurum nümayəndələri ərazidə işlər aparır.



Xəbəri paylaş

109 dəfə oxunub.

Digər xəbərlər