“Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

N.Paşinyan həmçinin Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu vurğulayıb.

“İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən regionda sülhün bərqərar olmasından yanadır", - deyə o qeyd edib.