Tarix: 30-03-2022 | Saat: 19:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
1 aprel tarixində "2007 FF1" adlı asteroid Yer kürəsinin yaxınlığından keçəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə NASA-nın məlumatında, sözügedən asteroidin potensial təhlükə mənbəyinə sahib asteroidlərdən biri hesab edildiyi qeyd olunub.
110-260 metr diametrə sahib sözügedən asteroid Yer kürəsinə yaxın olan asteroidlər (orbiti Yer kürəsinə yaxın məsafədən keçən asteroidlər) sinifinə daxildir.
Onun orbiti Yer kürəsinin orbiti ilə kəsişir. Bu asteroid Günəş ətrafında tam dövrü 684 günə reallaşdırır. "2007 FF1" bir qədər böyük ölçüyə sahib olduğu və Yer kürəsinə yaxın məsafədən uçduğu üçün NASA onu potensial təhlükə mənbəyinə sahib asteroidlərdən biri hesab edir.
Lakin NASA-dan bildirilib ki, narahat olmaq üçün heç bir səbəb yoxdur və hal hazırda sözügedən asteroid Yer kürəsi üçün heç bir təhlükə mənbəyi daşımır. 1 aprel tarixində o, Yer kürəsinə maksimal məsafədə (7.4 milyon km) yaxınlaşacaq.
Qeyd edək ki, astronomlar bu asteroidi ilk dəfə 2007-ci ildə aşkar ediblər.
Digər xəbərlər