Saytımızı qiymətləndirin


 
 

"Hakimiyyət ictimaiyyəti yeni güzəştlərə hazırlayır" -  Erməni deputat
Tarix: 03-08-2022 | Saat: 14:55
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan müxalifətinin nümayəndələri hesab edirlər ki, hakimiyyət mümkün müharibə ilə bağlı danışıqları aktivləşdirməklə ictimaiyyəti yeni güzəştlərə hazırlayır...
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin bitdiyini iddia etməsinə baxmayaraq, reallıq bunun əksini sübut edir...
 
Ötən gün Yunanıstan qəzetinə müsahibəsində xarici işlər naziri Ararat Mirzoyan baş nazir Paşinyanın son onlayn mətbuat konfransında ifadə etdiyi narahatlığı təkrarlayaraq, “Azərbaycan genişmiqyaslı təxribata cəhd edə bilər” deyib.
 
Ermənistan XİN rəhbəri vurğulayıb ki, dünyanın diqqəti Ukraynaya yönəldiyi zaman Azərbaycan istənilən vaxt genişmiqyaslı təxribata cəhd edə bilər.
 
Müxalifətin “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan burada ictimaiyyətə açıq-aşkar təhqir görür. - "Bu güzəştlər nəyə görədir, hazırda nədən danışılır?"
 
Bu güzəşt alternativ yol nəticəsində açıq-aydın Azərbaycanın nəzarətinə keçəcək Berdzor, Ağavno və Sus vəb kəndlərdir. İkincisi, şərti regional blokun açılması prosesidir ki, bu proses çərçivəsində Azərbaycan dəhliz ideyasının reallaşmasına nail olmağa çalışır və Ermənistan hakimiyyəti hələ də ən azı açıq şəkildə müqavimət göstərir. Üçüncüsü isə artıq Azərbaycan qoşunlarının sərhədin müxtəlif hissələrində əlverişli mövqelər tutması ilə bağlıdır.
 
44 günlük müharibədən sonra hakim “Vətəndaş müqaviləsi” partiyası sülh dövrünün açılması gündəmi ilə növbədənkənar parlament seçkilərinə qatılıb.
 
“Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan iddia edir ki, Paşinyan seçkiqabağı dövrdə sadəcə olaraq xoş bəyanatlarla vətəndaşlara səs qazandırıb. Onun və komanda yoldaşlarının müharibə ehtimalı ilə bağlı açıqlamaları isə sübut edir ki, “sülh dövrü çöküb”.  “Sülh vədi müharibədən sonrakı ölkədə insanlar üçün çox cazibədar idi və o da bu səbəbdən səs topladı. Bir il keçdi, deyir, ümid etmə, təminat yoxdur. Bir ildir deyirik ki, bu adam yalan danışır, müharibədən sonrakı eyni vəziyyətdəyik, sülh də saxta, süni gündəmdir, çünki sən ancaq öz ölkəni, vətənini qorumağa hazır olanda sülhə nail ola bilərsən. Yəni seçkilər zamanı o, Artsaxa öz müqəddəratını təyin etmək və sülh vəd edib, təkrar seçkidən sonra isə hər ikisindən imtina edib”.
 
Baş nazir Nikol Paşinyan 3 saatdan çox davam edən onlayn mətbuat konfransında bir neçə dəfə Azərbaycanın müharibəyə başlaya biləcəyindən danışıb, Azərbaycanın qeyri-konstruktivliyini, təklif və görüşlərdən yayındığını vurğulayıb. - “Mənim qiymətləndirməm bir şeydir: bu, Ermənistana qarşı yeni müharibənin legitimliyini formalaşdırmaq üçün edilir”.
Rəsmi deputatlar ümumiyyətlə baş nazirin və xarici işlər nazirinin açıqlamalarını şərh etməkdən imtina edirlər. Yalnız Vigen Xaçatryan qısaca reaksiya verərək bildirib ki, onlar heç vaxt bunun asan olacağını deməyiblər, lakin sülh erası onların gündəmində qalmaqda davam edir. - “Dövrlə bağlı mövqe ifadə edildi ki, fəsadlar ola bilər, güclü əzm və iradə lazımdır. Bütün deyilənlər, yeni heç nəifadə etmir. Sadəcə, müxalifətçilər deyilənləri indi başa düşüblər. Heç bir ziddiyyət yoxdur”.
 
Müxalifət də müharibə ehtimalını görür. “Ermənistan” fraksiyasının deputatı Sağatelyan isə qeyd edir ki, onlar heç vaxt bunun əksini iddia etməyiblər və ictimaiyyətlə səmimi olublar. “Mənim şərəfim var” dan Tiqran Abrahamyan isə hakimiyyətin bu bəyanatlarından sonra konkret hazırlıq addımlarının atılmasını vacib sayır, hakimiyyət isə bunu görmür.(moderator.az) 


Xəbəri paylaş

1174 dəfə oxunub.

Digər xəbərlər