İranın cənubunda yerləşən Fars vilayətinin Şiraz hava limanından havaya qalxan Su-22 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Məlumata görə, hadisə səhər saatlarında baş verib. Pilot və pilot köməkçisi katapultdan istifadə ediblər. Onların yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.