Saytımızı qiymətləndirin


 
 

Payızda yoluxma yenidən arta bilər - Xəbərdarlıq
Tarix: 15-09-2021 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Son vaxtlar xeyli yumşalmalara getmişik, qadağaların əksəriyyəti götürülüb”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib.

 

O bildirib ki, bəzi ölkələrdə qadağalar tam aradan götürülüb: “Bu da vaksinasiya hesabınadır. Həmin ölkələrdə əhalinin 80 faizindən çoxu vaksinasiyadan keçib. Bizdə yeni dalğanın başlanğıcında qapanmalara gedilmədi. Təcrübə göstərir ki, verilən qərarlar doğrudur. Artıq dalğanın enişindəyik. Payız və qış aylarında məktəblərin açılması, Məhərrəmlik ayının bitməsi, toyların başlaması ilə təmasların artması nəticəsində, həmçinin havaların soyuması ilə əlaqədar qapalı məkanlarda toplaşmaya görə yoluxma hallarında yenidən artım ola bilər. Bunun baş verməməsi üçün mümkün riskləri qiymətləndirməliyik. Təmaslardan çəkinməliyik”.



Xəbəri paylaş

422 dəfə oxunub.

Digər xəbərlər