Tarix: 01-08-2022 | Saat: 08:33
Bölmə:Karusel / Region | çapa göndər
Ukraynanın Xerson vilayətində gedən döyüşlər nəticəsində bir neçə kənd tamamilə məhv edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Xerson Vilayət Hərbi Administrasiyası feysbukda istinadən xəbər verir.
Bildirilir ki, yüzlərlə kənddə kritik vəziyyət yaranıb - yollar, evlər və məktəblər məhv edilib, əkin sahələri və çaylar minalanıb, meşələrdə yanğınlar törədilib, dinc sakinlər yaralanıb və həlak olub.
"Artıq 5 aydır, bəzi kəndlər işıqsız və susuz qalıb, mart ayından belə kəndlərdə insanlar pensiya və sosial müavinət almır. İnsanlar Ukraynanın nəzarətində olan ərazilərə və ya qonşu kəndlərə qaçmağa məcbur olurlar. Ona görə də elə icmalar var ki, orada 10-a qədər insan yaşamaq üçün qalıb, bəzi kəndlər isə tamamilə dağıdılıb”, - məlumatda deyilir.
Həmçinin bildirilir ki, iki aydır Xerson vilayətinin Ukraynanın mobil operatorları ilə əlaqəsi kəsilib.
Digər xəbərlər