Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti: Şadam ki, biz Bolqarıstanla enerji sahəsində iş birliyi qurmuşuq
Tarix: 21-07-2022 | Saat: 19:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Prezidenti: Şadam ki, biz Bolqarıstanla enerji sahəsində iş birliyi qurmuşuq

Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar. Biz nisbətən yaxın vaxtda müvafiq Bəyannaməni imzalamışıq.

Qarabaginfo.az xəbər verir ki, bunu iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə təkbətək görüşdə deyib.

“Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir. Bu və digər məsələlər bu gün müzakirə olunacaq. Şadam ki, biz enerji sahəsində aramızda iş birliyini qurmuşuq. Bolqarıstana Cənub Qaz Dəhlizi üzrə artıq birbaşa xətt gedir. Bu, təbii ki, gələcəkdə böyük potensialı olacaq uzunmüddətli əməkdaşlıqdır. Lakin nəinki enerji, o cümlədən ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi digər sahələr də var.

Dostlar arasında müzakirə olunacaq sahələr çoxdur. Ölkələrimiz dost ölkələrdir. Əminəm ki, bu dostluq gələcəkdə güclənəcək”, - Prezident İlham Əliyev qeyd edib.



Xəbəri paylaş

1185 dəfə oxunub.

Digər xəbərlər